“Qarabağ” onunla yollarını ayırır FOTO

26.01.2025

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

“Qarabağ” mövsümün sonunda bəzi futbolçularla yollarını ayıracaq.

Ağdam təmsilçisi U-21 yığmamızın da şərəfini qorumuş Amin Ramazanovla müqavilə müddətini yeniləməyəcək.

Belə ki, Azərbaycan çempionu mövsümün sonunda Ramazanovla yollarını ayıracaq. Zədə səbəbindən uzun müddət məşqlərdə də iştirak edə bilməyən Ramazanov hazırda əsas komandanın düşərgəsindədir.

“Lokomotiv”(Moskva) klubunun yetirməsi olan Aminin yeni mövsümə Azərbaycan komandalarından birində başlayacağı gözlənilir./Apasport.az/

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью