“Qarabağ” ötən il mövqeyini qoruyub

15.01.2025

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

Cədvəldə qitənin 400 ən güclü klubu yer alıb. Azərbaycan siyahıda 4 komanda ilə təmsil olunub. Ölkə çempionu “Qarabağ” 279 xalla 63-cüdür. Qurban Qurbanovun yetirmələrinin mövqeyi dəyişməz qalıb.

Dörd pillə irəliləyən “Neftçi” 19 xalla 252-cidir. 4 xal az toplayan “Sabah” 283-cüdür. Paytaxt təmsilçisi 4 addım geriləyib. 14 xala malik “Zirə” eyni qədər irəliləməklə 287-ci olub.

Qeyd edək ki, siyahıya 2447 xalla “Real” başçılıq edir.

L.QURBANOVA  
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью