“Qarabağ” oyunçusu bu duruşuna görə cəzalandırıldı Şəkil

02.12.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının 15-ci turunun bu gün keçirilən “Neftçi” - “Qarabağ” matçında meydan sahibi azarkeşlərinin narazılığına səbəb olan hadisə yaşanıb.

QOL.az xəbər verir ki, bu, 27-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Leandro Andradenin hesabı açdıqdan sonra baş verib. 

Andrede komanda yoldaşı Kevin Medina ilə birgə “Neftçi” azarkeşlərinin oturduğu qapının arxa tribunası önündə qol sevinclərini qalib ədası formasında şəkil çəkdirməklə ifadə ediblər. Bu isə yerli azarkeşlərin etirazına səbəb olub.

Baş hakim Əliyar Ağayev dərhal Andradeye sarı vərəqə göstərib. Bu, azarkeşlərə yönələn qıcıqlandırıcı hərəkət kimi qiymətləndirilib. Futbolçular isə əlləri ilə işarə ediblər ki, sadəcə fotoqraflara şəkil çəkdirmək üçün belə addım atıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью