“Qarabağ” oyunu öncəsi hər şey qaydasındadı İdmanXəbər

04.11.2024

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının 12-ci turunda “Turan Tovuz” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Tovuz klubu bu görüşə itkisiz hazırlaşır. Komandanın heyətində cəzalı və ya zədəli futbolçu yoxdur.

Bütün oyunçular baş məşqçi Kurban Berdiyevin sərəncamındadı. Təcrübəli mütəxəssis istədiyi futbolçunu meydana buraxa biləcək.

“Turan Tovuz” – “Qarabağ” oyunu bu axşam saat 18:30-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью