Qarabağ Patirk Andrade ilə yollarını ayırır

08.06.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Patirk Andradenin "Qarabağ"dan ayrılmasına sayılı günlər qalıb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq legionerlə yollarını ayırmaq qərarı verib.

Rəsmilər kabo-verdeli yarımmüdafiəçi ilə danışaraq, ona bununla bağlı məlumat verib. Səbəb kimi baş məşqçi Qurban Qurbanovun bundan sonra nisbətən gənc oyunçulara üstünlük vermək istəməsi göstərilib.

Orta sahə oyunçusu 2023-cü il iyulun 15-də "Partizan"dan bura geri qayıdıb. Afrikalı daha öncə də 2 il "köhlən atlar"ın formasını geyinib.

Dönüşü heç də uğurlu alınmadı. Kabo-Verde yığmasının üzvü bu dəfə əsas heyətdə möhkəmlənə bilmədi.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью