Qarabağ PFL ə müraciət etdi ev oyunlarını bu stadionda keçirəcək

16.04.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Sportal.az xəbər verir ki, müraciətdə “Azersun Arena”da təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Misli Premyer Liqasının 2024/25 mövsümünün son ev oyunlarını “Azersun Arena”da qəbul etmək istədiyi bildirilib. 

“Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan Peşəkar Futbol Liqası klubun müraciətini müsbət qarşılayıb. 

Beləliklə, 33-cü turun “Sumqayıt” ilə görüşündən etibarən (“Qarabağ” – “Sumqayıt”, 4 may saat 18:00) “Qarabağ” klubu ev oyunlarını “Azersun Arena”da keçirəcək. 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью