Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ” Çempionlar Liqasının VII turunda Almaniyanın “Ayntraxt” klubunu məğlub edib – 3:2. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sona bir tur qalmış 10 xalla 18-ci sıradadır. Komandanın növbəti və sonuncu rəqibi İngiltərə “Liverpul”u olacaq. Matç yanvarın 29-da, “Enfild Roud”da keçiriləcək.
Klubun sabiq qapıçısı Cahangir Həsənzadə “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:
“Qarabağ” kifayət qədər keyfiyyətli futbol göstərdi. İstənilən komponentdə “Ayntraxt”ı üstələdilər. Düzdür, matçın bəzi anlarında rəqib təzyiqini artırmışdı. Lakin oyun baxımından təmsilçimiz layiqli qələbə qazandı. “Qarabağ” pley-off haqda düşünə bilər.
Düzü, bu heyət kifayət qədər güclüdür. Ancaq nə qədər irəliləyə biləcəklərini deyə bilmərəm. Növbəti mərhələyə çıxandan sonra rəqib amili böyük rol oynayacaq. Kifayət qədər güclü komandalar var. Rəqib bilinəndən sonra proqnoz vermək olar. Lakin “Qarabağ” istənilən komandaya qarşı öz oyununu oynaya bilər”.
Şahin Cəfərov