Qarabağ pley offa adladı, Azərbaycan irəlilədi UEFA reytinqi

29.01.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün UEFA Çempionlar Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqi yenilənib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycanın reytinq sıralamasındakı mövqeyi dəyişib.

Buna "Qarabağ"ın pley-offa adlaması şərait yaradıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda əsas mərhələnin 8-ci turunda İngiltərə "Liverpul"una yenilsə (0:6) də, adını ilk "24-lüy"ə salıb. Tarixi uğur sayəsində bonus əldə edilib. Klubun aktivinə yazılan 0,750 bonusun 0,187-si ölkəmizin hesabına əlavə olunub. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 5,812-yə, son 5 ildəki göstəricisi isə 22.937-yə çatıb. Belədə ölkəmiz reytinq sıralamasında Sloveniyanı (22,843) geridə qoyaraq 26-cı yerə yüksəlib. Serbiya 24.375 xalla 25-ci pillədədir. 

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (110.269) başçılıq edir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью