“Qarabağ” pley offda İngiltərənin “Nyukasl” komandası ilə qarşılaşacaq

30.01.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi başa çatıb. Mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib.

Pley-off-da aşağıdakı cütlər üz-üzə gələcək.

"Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

"Monako" (Fransa) - PSJ (Fransa)

"Qalatasaray" (Türkiyə) -"Yuventus" (İtaliya)

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya)

"Budyo-Qlimt" (Norveç) - "İnter" (İtaliya)

"Olimpiakos" (Yunanıstan) - "Bayer 04" (Almaniya)

"Brügge" (Belçika) - "Atletiko" (İspaniya)

"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək.

Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. Martın 10-11 və 17-18-də 1/8 final, aprelin 7-8 və 14-15də isə 1/4 final oyunları keçiriləcək. 

Yarımfinal qarşılaşmaları aprelin 28-29-da və mayın 5-6-da baş tutacaq.

Final görüşü isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью