“Qarabağ” Polşaya yola düşdü FOTOLAR

05.08.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Ukraynanın “Dinamo” (Kiyev) klubunun qonağı olacaq “Qarabağ” matçın keçiriləcəyi Polşaya yollanıb.

Moderator.az xəbər verir ki, komanda bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan Lublin şəhərinə yola düşüb.

Qeyd edək ki, avqustun 6-da "Lublin Arena"da təşkil olunacaq "Dinamo" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab görüşü isə avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью