Qarabağ portuqal forvardı transfer edəcək? Braqa nın keçmiş hücumçusunun adı hallanır

19.08.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Feyrense"nin forvardı Leandro Antuneşin "Qarabağ"a keçə biləcəyi haqda xəbərlər yayılmışdı.

Sportal.az xəbər verir ki, portuqal hücumçu böyük ehtimalla Ağdam klubuna keçməyəcək.

Belə ki, 28 yaşlı futbolçunun transferi "Qarabağ" üçün prioritet məsələ deyil. Məlumata görə, Antuneş bir müddət əvvəl siyahıda yer alıb, lakin sonradan ölkə çempionu onunla maraqlanmayıb.

2024-cü ildən “Feyrense”də çıxış edən forvardın müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Antuneş “Braqa”B, “Vilafrankense”, “Marinhense”, “Leyriya”(hamısı Portuqaliya) klublarında oynayıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью