Qarabağ Portuqaliya klubunun hücumçusu ilə maraqlanır

15.03.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qarabağ” yeni hücumçu axtarışlarını davam etdirir.

Sportal.az azerisport.com-a istinadən xəbər verir ki, Azərbaycan çempionunun qısa siyahısına daxil edilən hücumçulardan biri də Portuqaliyanın "Eştrela" klubunda çıxış edən Kikasdır. 26 yaşlı forvard həm hücumun mərkəzində, həm də cinahlarda oynaya bilir. Bu mövsüm o, ölkə çempionatında 23 oyun keçirib, 5 qol vurub.

Kikasın klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Portuqaliyalı futbolçu əvvəllər ölkəsində "Belenenses", "Mafra" və "Leiria"da, həmçinin Kiprin "Doxa" klubunda çıxış edib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью