Qarabağ Portuqaliyada hesabı bərabərləşdirir YENİLƏNİR

17.09.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ" bu axşam UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası 8 ildən sonra qitənin bir nömrəli klub yarışının ilk turu çərçivəsində Portuqaliyada "Benfika" ilə qarşılaşacaq.

Görüşə Bakı vaxtilə saat 23:00-da start veriləcək. 

Təmsilçimiz digər turlarda rəqibləri müvafiq ardıcıllıqla "Kopenhagen", "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Napoli" (İtaliya), "Ayaks" (Niderland), "Ayntraxt" (Almaniya) və "Liverpul" (İngiltərə) komandaları olacaqlar.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur


23:00 “Benfika” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan) 2:2 (İKİNCİ HİSSƏ)

Qol: Entso Barreneçea,6, Vangelis Pavlidis,16, - Leandro Andrade,30, Kamilo Duran,48

Baş hakim: Erik Lambrexts
Yan xətt hakimləri: Jo de Veyrdt, Kevin Monteni
Dördüncü hakim: Natan Verbumen
VAR: Bram Van Drieşşe (hamısı Belçika)
AVAR: Fedayi San (İsveçrə)
Lissabon, "Da Luj" stadionu.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью