Qarabağ Portuqaliyadan yeni transferə hazırlaşır

13.06.2026

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Qarabağ" futbol klubu Portuqaliyanın "Kaza Piya" komandasından 26 yaşlı mərkəz müdafiəçisi Joau Qulartı transfer etməkdə israrlıdır.

Qaynarinfo xəbər verir ki, belə bir iddia ilə "SAPO" portalı çıxış edib. Bildirilib ki, Alvaro Paçekonun komandaya gəlişindən bəri mütəmadi olaraq ilk onbirlikdə yer alan Joau Qulart bir sıra xarici klubların, xüsusən də "Qarabağ" komandasının diqqətini özünə cəlb etməyi bacarıb.

Qeyd edilib ki, Azərbaycan təmsilçisi müqavilə müddəti 2027-ci ilə qədər davam edəcək 26 yaşlı mərkəz müdafiəçisi ilə daha əvvəl də yaxından maraqlanıb. Məhz buna görə də klub rəhbərliyi onun bu yay baş tuta biləcək transferinə olduqca müsbət yanaşır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью