Qarabağ Premyer Liqada növbəti qələbəsini qazanıb

10.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi XIII turda "Zirə" ilə üz-üzə gəlib.

⁷Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 4:0. 2-ci dəqiqədə Mateuş Silva hesabı açıb. 52-ci dəqiqədə Yassin Benziya penaltini dəqiq yerinə yetirib. 60-cı dəqiqədə Bəhlul Mustafazadə fərqi daha da artırıb. Səkkiz dəqiqə sonra Aleksey Kaşuk dördüncü qolu vurub.

Hazırda lider olan "Qarabağ" xallarının sayını 31-ə çatdırıb. Paytaxt klubu 20 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ilk matçında "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib - 1:0.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" "Turan Tovuz"la (1:1), "Sabah" isə "Kəpəz"lə (2:2) heç-heçə edib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью