Qarabağ Premyer Liqanın sonuncu turunda Şamaxı ya qalib gəlib

24.05.2025

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"Qarabağ" Misli Premyer Liqasının sonuncu - XXXVI turunda səfərdə "Şamaxı"ya qalib gəlib.

AZXEBER.COM xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda "köhlən atlar" minimal hesablı qələbəyə sevinib.

Yeganə qolu Emmanuel Addai (86) rəqibin qapısından keçirib.

Ölkə çempionluğunu rəsmiləşdirən Ağdam təmsilçisi mövsümü 89 xalla lider başa vurub.  36 xala malik "Şamaxı" isə yeddinci sırada yer alıb.

Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" səfərdə "Səbail"ə qalib (4:1) gəlib. Tura mayın 25-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью