“Qarabağ” proqnozları yenə alt üst edəcək? AÇIQLADILAR

03.10.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi hər iki görüşdə qələbə qazanan 6 komandadan biri olan “Qarabağ”ın növbəti matçı İspaniya “Atletik”su (Bilbao) ilə olacaq.

İdmanxeber.az-ın məlumatına görə, Bilbao təmsilçisi ilə görüşün Ağdam klubu üçün heç də asan keçməyəcəyini indidən proqnozlaşdırmaq olar. 

Bunu dünyanın məşhur bukmeker kontorlarının da bu oyun üçün açdığı əmsallarda görmək olar. Səfərdə “Benfika”, evdə isə “Kopenhagen”ə qalib gələn, maksimum nəticə ilə yoluna davam edən “Qarabağ”ın  Bilbao səfərindəki qələbə əmsalı 10.7 kimi qiymətləndirilir. “Atletik”in qələbəsinə 1.32, görüşün heç-heçə başa çatacağına isə 5.92 əmsal açılıb.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью