“Qarabağ” qalib gəldi: liderliyə yüksəldi

23.11.2024

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Premyer Liqasında 14-cü turun oyunları keçirilir.

Gununsesi.info xəbər verir ki, günün ilk matçında “Səbail” “Qarabağ”ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”a qələbə qazandıran qollara ikinci hissədə Juninyo, Aleksey Kaşuk və Lenadro Andrade imza atıb.

Günün digər oyununda paytaxt təmsilçiləri – “Neftçi” və “Zirə” üz-üzə gələcəklər.

Daha öncə “Kəpəz” “Araz-Naxçıvan”a 0:2 hesabıyla uduzub. “Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Şamaxı” oyunları sabah keçiriləcək.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью