Qarabağ qazisi Bakıda binaları COP29a uyğun rəsmlərlə bəzədi

15.11.2024

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Genişmiqyaslı tədbirlə əlaqədar paytaxtda müxtəlif incəsənət layihələri reallaşdırılır.

Moderator.az oxu.az-a istinadən xəbər verir ki, bu layihələrdən biri də rəssam Cavidan Rəhmətovun Bakının Suraxanı rayonundakı binaların fasadlarına çəkdiyi murallar (divar rəsmləri - arxitektur tikililərin divarlarında monumental rəsm növü - red.) olub.

Həmçinin İkinci Qarabağ müharibəsinin veteranı olan rəssam gülləri sulayan qızları təsvir edib ki, bu təsvirlər olduqca ahəngdar şəkildə mühitlə və təbiətin mühafizəsi üzrə COP29-un gündəmi ilə uyğunluq təşkil edib.

Layihə Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью