“Qarabağ” “Qəbələ”yə, “Şamaxı” “Araz Naxçıvan”a qarşı

21.12.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasının XVI turunun növbəti oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, günün ilk qarşılaşmasında “Qəbələ” “Qarabağ”ı qəbul edəcək.

Qarşılaşma saat 15:00-dabaşlayacaq. Ağdam təmsilçisi 33 xalla ikinci, meydan sahibləri 8 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə “Araz-Naxçıvan” “Şamaxı” ilə üz-üzə gələcək. Bu oyun isə saat 17:30-da başlanacaq. Naxçıvan klubu 23 xalla beşinci, qonaqlar 20 xalla yeddinci sıradadır.

Azərbaycan Premyer Liqası

II dövrə, XI tur

21 dekabr (bazar)

15:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Qəbələ şəhər stadionu

17:30. “Araz-Naxçıvan” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov

VAR: Əliyar Ağayev

AVAR: Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Asif Əliyev

“Liv Bona Dea Arena”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью