Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün UEFA Çempionlar Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqi yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycanın reytinq sıralamasındakı mövqeyi dəyişib.
Buna "Qarabağ"ın əsas mərhələnin 7-ci turunda Almaniya "Ayntraxt"ını yenməsi (3:2) şərait yaradıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda uğurlu nəticə sayəsində ölkəmizə 0,500 əmsal qazandırıb.
Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 5,625-ə, son 5 ildəki göstəricisi isə 22.750-yə çatıb.
Nəticədə ölkəmiz reytinq sıralamasında 27-ci yerə yüksəlib. Sloveniya 22,843 xalla 26-cı, Slovakiya isə 22,375 xalla 28-ci pillədədir.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (104.769) başçılıq edir.