futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın Çempionlar Liqasında “Benfika”nı məğlub etməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.
Futbolpress.az xəbər verir ki, 3:2 hesablı qələbə ölkənin aktivinə daha 0.500 xal yazdırıb. Xallarını 21.500-ə çatdıran Azərbaycan reytinqdə Slovakiyanı ötüb və 25-ci sıraya yüksəlib. Slovakiya 21.375 xalla 26-cıdır.
Reytinq cədvəlinə 95.450 xalla İngiltərə başçılıq edir.