Qarabağ qələbə qazanıb | Icma.az
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq. "Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağdam təmsilçisi XIV turda "Səbail"i məğlub edib - 3:0.
47-ci dəqiqədə Olavio Juninyo fərqlənib. 66-cı dəqiqədə Aleksey Kaşuk ikinci qolu vurub.
88-ci dəqiqədə Leandro Andrade görüşdə son nöqtəni qoyub. Lider "Qarabağ" xallarının sayını 34-ə çatdırıb.
"Dənizçilər" isə 8 xalla 9-cu sıradadır. Günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edəcək.
Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. Tura noyabrın 24-də yekun vurulacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu