“Qarabağ” qələbəyə layiq idi”

12.08.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” oyunundan (5:1) sonra qonaq komandanın baş məşqçisi Jeton Beqiri jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– Bakıya mərhələ keçmək üçün gəlmişdiz, amma fərqli hesab oldu. Bunun məntiqi izahını necə verərdiniz?

– “Qarabağ”ı təbrik edirəm. Sözün əsl mənasında bu qələbəyə layiq idilər və bizdən qat-qat yaxşı oynadılar. 1:5 hesabına deyəcək söz yoxdur. İlk hissədə çox pis oynadıq. Sabahdan matçı təhlil edib, Avroliqanın pley-off mərhələsinə hazırlaşacağıq.

– Bugünkü oyunda əsas problem nə idi – fiziki yorğunluq, ya səviyyə fərqi?

– Çox səbəblər var. Fiziki problem, intensivlik, taktiki məsələlər. İlk problem erkən qollar buraxmağımızdır. Çempionlar Liqasında oyun gərginliyi daha yüksək olur.

– Nəticə sürpriz oldu?

– Belə nəticə gözləmirdik. Belə oyunlardan dərs çıxarmalıyıq.

Şahin Cəfərov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью