Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərənin “Liverpul” klubu Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la oyunun startında qeyri-adi rekord qeydə alınacağını açıqlayıb.
İdman.Biz-in məlumatına görə, Ağdam təmsilçisi avrokubok matçı üçün “Enfild Roud” stadionuna səfər edən komandalar arasında ən uzun məsafəni qət edən klub olacaq.
Ev oyunlarını Bakıda keçirən “Qarabağ” “Liverpul”la qarşılaşma üçün ümumilikdə 2583 mil (4157 km) yol gedib. Bununla da əvvəlki rekord yenilənib. Həmin göstərici indiyədək 2012-ci ildə “Enfild”də oyun keçirmək üçün 2378 mil (3827 km) məsafə qət edən Rusiyanın “Anji” klubuna məxsus idi.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunun “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Qarabağ” 7 oyundan sonra 10 xalla Çempionlar Liqasında 18-ci pillədə qərarlaşıb. “Liverpul” isə 15 xalla dördüncü yerdədir.