“Qarabağ“ qəzetinin baş redaktoru VƏFAT ETDİ FOTO

10.03.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Qarabağ" qəzetinin baş redaktoru Çingiz Tofiq oğlu İsmayılov vəfat edib.

Moderator.az-ın məlumatına görə, o bu gün vəfat edib.

O, 1954-cü ildə Ağdam şəhərində anadan olub, orada orta təhsil alıb, sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1990-cı ilin yayında yeni təsis edilən "Qarabağ" qəzetinə baş redaktor təyin edilib.

Qeyd edək ki, Ç.İsmayılov ötən il ölkə başçısının sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə tərəqqi medalı ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью