“Qarabağ” qış təlimməşq toplanışında bu klublarla qarşılaşacaq

23.12.2024

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ”ın qış təlim-məşq toplanışında qarşılaşacağı daha bir rəqibin adına aydınlıq gəlib.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 12-də "Zirə" ilə qarşılaşacaq.

"Köhlən atlar" 2024/2025 mövsümünün ikinci yarısının hazırlığını Bakıda keçəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2025-ci il yanvarın 3-də bir araya gələcək. Klubun hazırlıq prosesi “Azərsun Arena”dakı təlim-məşq bazasında baş tutacaq.

Qeyd edək ki, yoxlama görüşündə "Qarabağ" ilk olaraq yanvarın 9-da "Kəpəz"lə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью