Qarabağ razılaşdı, Juninyo Sevilyaya gedir İspan KİV

28.12.2024

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Juninyonun "Sevilya"ya transferi tamamlanmaq üzrədir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Ficherio" məlumat yayıb.

Bildirilib ki, artıq klublar arasında razılıq əldə olunub.

Braziliyalı hücumçunun La Liqa klubuna keçidi 3-3,5 milyon avroya başa gələcək.

Qeyd olunub ki, "Sevilya" Juninyonun transferi ilə bağlı "Qarabağ"la bəzi detallar istisna olmaqla anlaşıb.

28 yaşlı forvardın komandanın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də "Valensiya" ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью