Qarabağ Regional Təhsil İdarəsinin 9 əməkdaşı işsiz qaldı

14.01.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Regional təhsil idarələrinin strukturunda müvafiq dəyişiklik edilib.

Qarabağ Regional Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, idarədə metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib.

Qeyd olunub ki, metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib:

"Ümumilikdə 61 əməkdaşın 52-nin işlə təminatı artıq həyata keçirilib, digər əməkdaşlarla bağlı müvafiq proses icra edilir", - məlumatda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью