Qarabağ regionunun florasının öyrənilməsi istiqamətində tədqiqatlar aparılır

02.02.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasında aparılan elmi-tədqiqat işləri müasir biologiya elminin aktual istiqamətlərini əhatə edir.

Bu barədə AZƏRTAC-a kafedra müdiri Elşad Qurbanov məlumat verib. O qeyd edib ki, hazırda Qarabağ regionunun florası və bitkiliyinin öyrənilməsi istiqamətində məqsədyönlü tədqiqatlar aparılır. Bu işlər işğaldan azad edilmiş ərazilərin bioloji müxtəlifliyinin bərpası, ekoloji vəziyyətinin qiymətləndirilməsi və təbii ehtiyatlarının səmərəli istifadəsi baxımından xüsusi önəm daşıyır. Aparılan elmi araşdırmaların nəticələrinin yaxın zamanda fundamental elmi kitab şəklində çap olunması nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью