“Qarabağ” rəqibi 4 qolla darmadağın oldu VİDEO

01.10.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çempionlar Liqasının ümumi mərhələsinin ikinci oyununda “Marsel” “Ayaks”ı darmadağın edib.

İdman.biz xəbər verir ki, Fransada keçirilən görüş 4:0 hesabı ilə başa çatıb.

İqor Payşao iki dəfə (6-cı və 12-ci dəqiqələr), Meyson Qrinvud (26) və Pyer-Emerik Obameyanq (52) isə hərəyə bir dəfə fərqləniblər.

Roberto de Dzerbinin komandası Çempionlar Liqasında bu mövsümdə ilk qələbəsini qazanıb, Con Heytinqanın çalışdırdığı “Ayaks” isə ikinci dəfə uduzub.

Növbəti turda “Marsel” oktyabrın 22-də səfərdə “Sportinq Lissabon”la qarşılaşacaq, “Ayaks” isə həmin gün “Çelsi”yə səfər edəcək.

“Ayaks” Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Komandalar arasında oyun dekabrın 10-da Bakıda keçiriləcək.

Cari Çempionlar Liqasının finalı 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkas Arena”da keçiriləcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью