Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub. 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.
Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın mətbuat xidməti açıqlayıb.
Juninyo 2028-ci ilə qədər Braziliya klubunun şərəfini qoruyacaq. O, komandada 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2023-cü ilin yayından Azərbaycan çempionunun formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.
O, komanda ilə ölkə çempionu və kubokunun qalibi olub.