“Qarabağ” rəsmiləri Ali Koçla görüşdü

29.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ”ın Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan “Fənərbaxça” İdman Klubunun prezidenti Ali Koçla görüşüblər.

Futbolpress.az xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar. Görüşün sonunda Ali Koça klubun forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью