“Qarabağ” rəsmiləri Ali Koçla görüşdü Foto

18.06.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bakıda səfərdə olan “Fənərbaxça”nın prezidenti Ali Koç “Qarabağ”ın Baş direktoru Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub. 

Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə  uğurlar arzulayıblar. 

Görüşün sonunda Ali Koça klubumuzun forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью