Qarabağ rəsmisi: Sevilya ilə danışıqlar davam edir, Juninyonun xoşbəxt olduğu yerdə oynama…
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Sevilya" ilə danışıqlar davam edir, futbolçunun xoşbəxt olduğu yerdə oynamasını təmin etmək istəyirik.
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş direktoru Emrah Çelikel Olavio Juninyonun İspaniya təmsilçisinə mümkün keçidi ilə bağlı danışarkən deyib.
Funksioner danışıqların hələlik yekunlaşmadığını söyləyib: "Hazırda nəticə əldə olunmayıb.
İşlər yekunlaşmadıqca, bu barədə geniş açıqlama verməyin düzgün olmadığını hesab edirəm. Proses davam edir.
Tərəflərin maraqlarına uyğun nələrsə dəyişə, iki klubdan biri imtina edə bilər. Amma danışıqlar davam edir, oyunçu da bu keçiddə maraqlıdır.
Biz də onun xoşbəxt olduğu yerdə oynamasını təmin etmək istəyirik".
İspaniyanın "Ficherio" nəşri Juninyonun "Sevilya"ya transferinin tamamlanmaq üzrə olduğunu və razılaşma üçün bəzi detalların qaldığını vurğulayıb.
Tam oxu
Xəbəri oxu