“Qarabağ” reytinq siyasında 5 pillə irəlilədi

10.12.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ" dünya klublarının reytinq siyasında 5 pillə irəliləyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.

Azərbaycan çempionu 502 komandanın yer aldığı siyahıda 177,5 xalla 67-ci yerdə qərarlaşıb.

Mövqeyi dəyişməyən "Zirə" (94,25 xal) 219-cudur. 14 sıra irəliləyən "Sabah" (62,5 xal) isə 409-cu olub.

"Turan Tovuz" da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdır.

İspaniyanın "Real" klubu 388 xalla birinci pillədə qərarlaşıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью