Qarabağ reytinqdə mövqeyini qoruyub

22.12.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropanın top komandalarının yeni reytinq siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, cədvəldə qitənin 400 ən güclü klubu yer alıb.

Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı "Qarabağ"dır. 279 xala malik "süvarilər" 63-cü sıradakı mövqelərini qoruyublar.

2 addım geriləyən "Neftçi" 19 xalla 256-cıdır. 4 xal az toplayan "Sabah" 5 pillə geriləməklə 282-ci sıraya düşüb. 14 xala malik "Zirə" 291-cidir. Qəsəbə klubu üç pillə aşağı yuvarlanıb.

Qeyd edək ki, siyahıya 2435 xala malik "Real" başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью