“Qarabağ” Romao ilə yolları ayırdığını açıqladı

05.02.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Həmçinin oxuyun: “Qarabağ”dan “transfer bombası” - Kadi qayıtdı, Romao getdi

26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən Ağdam komandasında  çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

Romaonun karyerasını Macarıstanın "Ferensvaroş" klubunda davam etdirəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью