Qarabağ RQİİ nin əməkdaşları təltif EDİLDİ

16.06.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Cəbrayıl rayonuna səfəri çərçivəsində Qarabağ Regional Qaz İstismarı İdarəsinin bir qrup əməkdaşı ilə görüşüb.

Redaktor.az xəbər verir ki, Birlik rəhbəri əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora görüşə gələn əməkdaşların əldə etdikləri nailiyyətlər və görülən işlər barədə ətraflı məlumat verilib.

Daha sonra Qarabağ RQİİ-nin 10 əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью