Qarabağ Rumıniya təmsilçisinə qarşı Heyətlər

23.01.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Qarabağ" bu gün Avropa Liqasının Liqa mərhələsində XII turun oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşacaq.

Buxarest klubu 11 xalla hazırda turnir cədvəlində 10-cu, "Qarabağ" isə 3 xalla 33-cüdür. Qurban Qurbanovun komandası pley-off şanslarını qorumaq üçün Rumıniya klubuna qalib gəlməlidir. Qonaqların isə əsas hədəfi ilk "səkkizliy"ə düşüb 1/8 finala birbaşa yüksəlməkdi. Məhz bu səbəbdən Rumıniya təmsilçisi Bakıya 3 xal üçün gəlib.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin son - 8-ci turunda Yunanıstan "Olimpiakos"unun qonağı olacaq.

Avropa Liqası,

Liqa mərhələsi, VII tur

21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya)

Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)

VAR: Mihal Oçenaş

AVAR: Martin Dohal

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

"Qarabağ": 97. Fabiyan Buntiç, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

FKSB: 32. Ştefan Tarnovanu, 33. Risto Radunoviç, 5. Yoskim Dava, 30. Siyabonqa Nqezana, 8. Adrian Şuk (k), 42. Baba Alhassan, 7. Florin Tanase. 15. Marius Ştefanesku, 11. David Mikulesku, 9. Daniel Birligea

Baş məşqçi: Elias Xaralambus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью