Qarabağ Rüstəmə nə qədər təzminat ödəyib?

19.07.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ" klubunun yollarını ayırdığı futbolçu Rüstəm Əhmədzadəyə ödədiyi təzminat bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan çempionu 25 yaşlı hücumçuya müqaviləsinin ləğvi üçün müəyyən qədər vəsait ödəyib.
Bunun üçün "köhlən atlar"ın kassasından 150 min manat çıxıb. Bu isə oyunçunun altı aylıq maaşıdır.
Qeyd edək ki, Rüstəm Əhmədzadənin 2026-cı ilədək müqaviləsi var idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью