“Qarabağ” “Sabah” matçının biletləri satışa çıxarılır

30.03.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Sabah" ilə oyunun biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.

Biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sabah" matçı aprelin 3-ü saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

“Qarabağ”dan xanım azarkeşlərə jest II Liqa: “Qaradağ Lökbatan”dan darmadağın Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat alıb Rafinya yenidən sıradan çıxdı Millimiz məğlub oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью