“Qarabağ” “Sabah”ı izləməyə davam edir Tura baxış

02.02.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının 18-ci turu güzəştsiz mübarizəyə səhnə oldu. Təsadüfi deyil ki, bu tur keçirilən altı oyunun heç birində bərabərlik qeydə alınmadı. “Qəbələ”nin yüksəlişi, “Neftçi”nin “Araz Naxçıvan” üzərində böyük hesabla qələbə qazanması bu turun diqqətçəkən hadisələrindən oldu. “Qarabağ”a məğlub olan “Turan Tovuz”un çempionluq mübarizəsindən də uzaqlaşması da qeyd edilməlidir.

"Karvan-Yevlax" – "Sumqayıt" 0:2 
Qollar:
Aleksa Yankoviç, 20. Ronaldo Vaskez, 33.
“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 7. Araz Abdullayev (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 77. Əli Abdullayev, 8. Peter Kings, 10. Samuel Durrant, 21. İmani Barker. 
Baş məşqçi: Füzuli Məmmədov.
“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynıy, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 95. Nsane Simon, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini. 
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.

“Karvan-Yevlax”ın bu çempionatın ən zəif komandası olduğu artıq heç kimdə şübhə doğurmur. Məşqçi dəyişikliyi də bu komandanın nə oyununa, nə də nəticələrinə təsir etməyib. Qərb təmsilçisi bu dəfə doğma meydanda “Sumqayıt”a məğlub oldu. Özü də “quru” hesabla. “Sumqayıt” rəqibin işini elə ilk hissədə bitirdi. 45 dəqiqə ərzində iki dəfə fərqlənən “gənclik şəhəri”nin komandası səfərdən 3 xalla dönməyi bacardı.
Xalının üstünə xal gətirə bilməyən “Karvan-Yevlax” sonuncu sırada qalmaqda davam edir. Komanda 18 tur ərzində 6 xal toplamağı bacarıb. “Sumqayıt” isə 30 xalla 4-cü sıradadır.

"Qəbələ" – "İmişli" 3:2 
Qollar:
Domi Massumo, 27; 45+1; 87 - Dioqo Almeyda, 7; 60
“Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 70. Paulo Quimbila. 
Məşqçi: George Çixradze.
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 97. Xəzər Mahmudov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Jorje Kaşkilya.

Domi Massumo “Qəbələ” – “İmişli” oyununun, eləcə də bu turun qəhrəmanı sayıla bilər. Məhz onun “het-trik”i sayəsində meydan sahibləri vacib qələbə qazandılar. Baxmayaraq ki, görüşdə hesabı açan tərəf “İmişli” olmuşdu. Fasiləyə qədər Massumo iki dəfə fərqlənməyi bacardı. Almeyda 60-cı dəqiqədə hesabı bərabərləşdirsə də, səhnəyə yenə də Massumo çıxdı. Onun 87-ci dəqiqədə vurduğu qol “Qəbələ”yə ardıcıl ikinci qələbəni gətirdi.
“Qəbələ” artıq “Kəpəz”i geridə qoymağı bacarıb. “Qırmızı-qaralar” 14 xalla 10-cu pilləyə yüksəlib. “İmişlu” isə 9-cu pillədə 18 xalla yer alıb.

"Kəpəz" – "Şamaxı" 0:2 
Qollar:
Arsen Ağcabəyov, 12. Karim Rossi, 45+1
"Kəpəz": 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 8. Veysəl Rzayev, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 21. Sadiq Şəfiyev, 11. Rəhman Hacıyev, 80. Şahnur İsmayılov, 9. Luis Paçu.
Baş məşqçi: Azər Bağırov.
"Şamaxı": 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov, 10. Andrey Tırkovyanu, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Ötən tur “Qarabağ”ı məğlub etməklə hamını təəccübləndirən “Kəpəz” davamını gətirə bilmədi. Azər Bağırovun komandası nominal meydan sahibi kimi çıxdığı oyunda “Şamaxı”ya uduzdu. Artıq 12-ci dəqiqədə “Şamaxı” Arsenin qolu ilə önə keçdi. Bir gün öncə elə bu stadionda keçirilən qarşılaşmanın ssenarisi demək olar ki, təkrarlandı. Bu dəfə də qonaqlar fasiləyə qədər üstünlüklərini iki topa çatdırdılar və fasilədən sonra qapılara qol vurulmadı. Beləliklə “Kəpəz” bu tur xalsız qalmaqla “Qəbələ”ni özündən irəli buraxdı.
Gəncəlilərin aktivində 12 xal var. Bu 12 xal onlara təkcə autsayder “Karvan-Yevlax”ı üstələməyə imkan verir. 23 xalı olan “Şamaxı” isə səkkizincidir.

"Zirə" – "Sabah" 1:3 
Qollar:
David Volkov, 83 - Velko Simiç, 10. İvan Lepinitsa, 22. Xəyal Əliyev, 27
"Zirə": 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə, 4. Ruan Renato, 25. Enrike Kustodio, 28. Leroy Mikels, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 31. Eldar Tərlanov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
"Sabah": 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 7. Umarali Raxmonaliyev, 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 70. Cesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

“Sabah” təəccübləndirməyə davam edir. Düzdür, Masazır təmsilçisinin “Zirə”ni üstələyəcəyini təxmin etmək olardı. Amma çox az adam “Sabah”ın 27 dəqiqə ərzində “Zirə”nin qapısına üç dəfə yol tapacağına inanardı. Onlar bunu bacardılar. Artıq 27-ci dəqiqədə tabloda 0:3 hesabı əks olunmuşdu. Bundan sonra “Zirə” gedişatı dəyişdirmək üçün möcüzə etməliydi. Möcüzə isə baş vermədi. Volkovun son dəqiqələrdə vurduğu qol isə zəif təsəllidən başqa heç nəyə yaramadı.
Xalını 43-ə çatdıran “Sabah” turnir cədvəlinə inamla liderlik edir. 29 xallı “Zirə” isə 5-ci pilləyə qədər geriləyib.

"Araz - Naxçıvan" – "Neftçi" 0:4 
Qollar:
İqor Ribeyro, 4. Bassala Sambu, 40. Alessio Kurçi, 84. Vensan Abubakar, 90+2.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 29. Vanderson Melo, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Rahil Məmmədov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 33. Elmir Cəfərov, 16. Ramon Maçado, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.
“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 47. Murad Məmmədov, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi. 
Baş məşqçi: Yuri Vernidub.

“Neftçi” azarkeşlərini ümidləndirdi. “Ağ-qaralar” Mərdəkanda “Araz Naxçıvan”ı məğlub etməyi bacardılar. Özü də böyük hesabla. “Neftçi”nin vurduğu dörd qolun üçündə Emin Mahmudovun iştirak etməsi, məhsuldar ötürmə müəllifi olması xüsusiylə diqqət çəkir. İlk hissədə iki qol vuran “Neftçi” son dəqiqələrdə daha iki dəfə “Araz Naxçıvan”ın qapısına yol tapdı. Kurçi 84-cü dəqiqədə nominal meydan sahiblərinin xala olan ümidlərini dəfn etdisə, Abubakar əsas vaxta əlavə olunmuş son dəqiqələrdə 4-cü qolu vurdu.
Bu qarşılaşmadan sonra “Araz Naxçıvan”la “Neftçi” arasında xal fərqi üçə endi. 27 xallı “Araz Naxçıvan” 6-cı yeri tutursa, “Neftçi” 24 xalla ondan bir addım geridədir.

"Qarabağ" – "Turan Tovuz" 1:0
Qol:
Abdullah Zubir, 41
“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 20. Kadi Borqes, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov. 
“Turan Tovuz”: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. Vadji İbrahima, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 90. Joarlem Santos, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavareş.
Baş məşqçi: Kurban Berdiyev.

Çempionlar Liqasında Azərbaycanı uğurla təmsil edən “Qarabağ” da bu tur vacib qələbə qazandı. İngiltərədən yorğun dönən futbolçular qısa müddətdə bərpa olunub, “Turan Tovuz”la oyuna hazır olmağı bacarmışdılar. “Sabah”ın ilk pillədə yerini möhkəmləndirməsi Qurban Qurbanovun da meydana əsas heyət üzvlərini buraxmasını şərtləndirmişdi. Yorğun futbolçular mükafatlara iddialı “Turan Tovuz”u üstələməyi bacardılar. Görüşdəki yeganə qolu Zubir 41-ci dəqiqədə vurdu. Son dəqiqələrdə qərb təmsilçisi bərabərlik qolunu vurmağa yaxın olsa da, Koxalski möcüzəvi şəkildə topu tirin üzərində aşırmağı bacardı.
39 xallı “Qarabağ” “Sabah”ın ən yaxın izləyicisidir. “Turan Tovuz” 30 xal toplayıb və 3-cü pillədə qərarlaşıb. Kurban Berdıyevin komandasının bir oyunu ehtiyatdadır.

Amal Abuşov

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью