“Qarabağ” “Sabah”ı qəbul edir YENİLƏNİR

22.02.2025

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasında 24-cü turun oyunları davam edir. 

İdmanxeber.az xəbər verir ki, bu gün əvvəlcə “Araz-Naxçıvan” öz meydanında “Səbail”i qəbul edəcək.

Günün ikinci matçında – turun mərkəzi qarşılaşmasında “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edəcək.

Hazırda Ağdam klubu 56 xalla çempionatın vahid lideridir. “Sabah” isə 32 xalla beşinci pillədə qərarlaşıb. 

Misli Premyer Liqası, XXIV tur

22 fevral (şənbə)

19:00. “Qarabağ” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Tofiq Bəhramov adına Respublika Stadionu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью