“Qarabağ” “Sabah”la heç heçə etdi KONKRET

22.02.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, “Qarabağ” “Sabah”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran “Qarabağ” 1-ci, “Sabah” isə 33 xalla 5-ci sırada qərarlaşıb.

Günün ilk oyununda “Araz-Naxçıvan” – “Səbail” qolsuz heç-heçə edib.

Misli Premyer Liqası

XXIV tur

22 fevral

16:00. “Araz-Naxçıvan” – “Səbail” – 0:0

Baş hakim: Fərid Hacıyev

“Liv Bona Dea Arena”

19:00. “Qarabağ” – “Sabah” – 1:1

Baş hakim: Əliyar Ağayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun açılış oyununda ötən gün “Neftçi” doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью