Qarabağ Sabahla heçheçə edib

07.12.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" Misli Premyer Liqasında "Sabah"la heç-heçə edib.

"Ölkə.az" xəbər verir ki, XVI turun ikinci oyunu "Bank Respublika Arena"da keçirilib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

49-cu dəqiqədə meydan sahiblərindən Neqoş Kupusoviç hesabı açıb. 68-ci dəqiqədə Nəriman Axundzadə tarazlığı bərpa edib.

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 23 xalla beşinci sıradadır.

Günün ilk matçında "Araz-Naxçıvan" "Səbail"i iki cavabsız qolla üstələyib.

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью