Qarabağ Şamaxı nı sınağa çəkir

26.10.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer Liqasında IX tura Suraxınada yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Qarabağ" doğma azarkeşləri önündə "Şamaxı" ilə qarşılaşacaq.

Hazırda ikinci pilləyə qərarlaşan Ağdam klubu bu matçda qələbə qazansa, yenidən vahid lider olacaq. "Şamaxı" isə 8 oyundan sonra 9 xal toplayıb və 8-ci yerdədir.  

Qeyd edək ki, X tura oktyabrın 1-də start veriləcək.

18:30. "Qarabağ" - "Şamaxı"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. "Azersun Arena".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью