futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycan Premyer Liqasında XXXVI turun növbəti oyunları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. “Şamaxı” azarkeşləri önündə çempion “Qarabağ”la qarşılaşacaq.
Günün son matçında “Sabah” “Neftçi”nin müqavimətini qırmağa çalışacaq.
Azərbaycan Premyer Liqası
XXXVI tur
24 may
17:00 Şamaxı – Qarabağ
Baş hakim: Rauf Cabarov
Şamaxı şəhər stadionu
19:30 Sabah – Neftçi
Baş hakim: Tural Qurbanov
“Bank Respublika Arena”