”Qarabağ” Şamaxıda qələbəni son anda qazandı

19.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasında III turdan təxirə salınmış oyun keçirilib.
Bizim.Media xəbər verir ki, turnir cədvəlinin lideri “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Şamaxı şəhər stadionunda təşkil olunan görüşün taleyini 1 qol həll edib.
Matçın əsas vaxtına əlavə olunmuş sonuncu 4-cü dəqiqədə fərqlənən Musa Qurbanlı Ağdam təmsilçisinə qələbə qazandırıb – 1:0.
Bu nəticədən sonra xallarını 44-ə çatdıran qonaqlar liderliyini möhkəmləndirib. Meydan sahibləri isə 14 xalla 8-ci pillədə qərarlaşıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью