Qarabağ Şamaxını məğlub edib

17.08.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında I tura yekun vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, günün yeganə oyununda "Şamaxı" "Qarabağ"ın qonağı olub.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 3:1.

"Köhlən atlar"ın heyətində Renaldo Sefas 29-cu dəqiqədə hesabı açıb. Qonaqların heyətində Edqar Adilxanov 44-cü dəqiqədə tarazlığı bərpa edib. 59-cu dəqiqədə "Şamaxı"nın oyunçusu Rikardo Apolinario avtoqol müəllifi olub.

85-ci dəqiqədə "Qarabağ"ın legioneri Aleksey Kaşuk adını tabloya yazdırıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib. "Araz-Naxçıvan" - "İmişli" matçında hesab açılmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью